Perulu futbolçu ildırım vurması nəticəsində ölüb
sizinxeber.az xəbər saytı

Perulu futbolçu ildırım vurması nəticəsində ölüb


Perulu müdafiəçi Xose Uqo De la Krus Mesa oyun zamanı ildırım vurması nəticəsində ölüb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Perunun Uankayo şəhərində "Xuventud Bellavista" və "Familia Çokka" komandaları arasında keçirilən qarşılaşmanın 23-cü dəqiqəsində baş verib.

Oyun zamanı güclü yağış başlayıb və hər iki kollektiv meydanı tərk etməyə çalışıb. Bu zaman ildırım 35 yaşlı müdafiəçi də daxil olmaqla, bir neçə futbolçunu vurub. Digərləri xəstəxanaya çatdırılsa da, Xose Uqo De la Krus Mesa meydanda vəfat edib.

Həmin vaxt müdafiəçinin yanında olan qapıçı və digər futbolçular ciddi yanıq xəsarəti alıblar.

Oxşar xəbərlər

Hindistanda ildırım vurması nəticəsində 7 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsmayıllıda yaşayış evinin dam örtüyü ildırım vurması nəticəsində yanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bərdədə evə ildırım düşüb, dağıntı olub - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şəmkir sakinini ildırım vuraraq öldürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Uqandada qaçqın düşərgəsində ibadət zamanı 14 nəfəri ildırım vuraraq öldürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər