Azərbaycan millisinin üç üzvü Bosniya və Hersoqovina ilə oyunlarda iştirak etməyəcək
Azərbaycan futzal millisinin üç üzvü Bosniya və Hersoqovina ilə səfərdə keçiriləcək yoxlama oyunlarında iştirak etməyəcək.
Bunu “Sizinxeber.az”a açıqlamasında yığmanın baş məşqçisi Vitali Borisov deyib.
42 yaşlı mütəxəssis həmin futzalçıların müəyyən səbəblərdən səfərə yollana bilməyəcəklərini vurğulayıb:
“Qapıçı Rövşən Hüseynov yenə komandaya qatıla bilməyəcək. Çünki bizim təlim-məşq toplanışı keçirəcəyimiz müddətdə onun çempionat matçları var. Ona görə də qərara gəldik ki, Rövşən Qazaxıstanda qalıb oyunlarını keçirsin. Komandasının əsas qapıçısı olaraq qalıb oyunlarda iştirak etməsi daha faydalıdır. Digər tərəfdən, yol yorğunluğu ola bilər. Kənan Manafov hələ zədəsini tam sağaltmayıb. Fərid Atakişiyev də şəxsi problemlər səbəbindən bizimlə səfərə yollanmayacaq”.
Qeyd edək ki, Azərbaycan millisi noyabrın 4-ü və 5-də Bosniya və Herseqovina ilə yoldaşlıq görüşləri keçirəcək.
Oxşar xəbərlər
Bosniya və Herseqovinanın Azərbaycan millisi ilə oyun üçün heyəti açıqlanıb
Azərbaycanın futzal millisinin baş məşqçisi təlim-məşq toplanışını dəyərləndirib
Azərbaycan millisinin baş məşqçisi Çexiyadakı hazırlığı dəyərləndirib
Azərbaycanın futzal millisi 2 yoldaşlıq görüşü keçirəcək
Azərbaycan millisinin baş məşqçisi Çexiyadakı təlim-məşq toplanışını dəyərləndirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Azercell və "Samsung"dan yeni kampaniya!
