Azərbaycan millisinin baş məşqçisi Çexiyadakı təlim-məşq toplanışını dəyərləndirib
sizinxeber.az xəbər saytı

Azərbaycan millisinin baş məşqçisi Çexiyadakı təlim-məşq toplanışını dəyərləndirib


Azərbaycanın futzal millisinin baş məşqçisi Vitali Borisov hazırda Çexiyada təlim-məşq toplanışında olan komandanın hazırlığını dəyərləndirib.

"Sizinxeber.az" Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, o, Çexiya yığması ilə bu gün keçirəcəkləri yoldaşlıq matçından öncə məşq prosesi haqqında fikirlərini bildirib.

Mütəxəssis müəyyən səbəblərdən tam heyəti yığa bilmədiklərini söyləyib:

“Komanda sentyabrın 10-dan təlim-məşq toplanışındadır. Bəzi səbəblərdən tam heyəti yığa bilmədik. İlk iki gündə əsasən fiziki hazırlığa üstünlük verdik. Gündə iki dəfə məşq keçirdik. Sonrakı dörd gün ərzində isə taktiki planda çalışmalara yer verdik. Əlbəttə, futzalçıların durumunun ideal olduğunu deyə bilmərəm. Klublarımız 20 gün – 1 ay olar məşqlərə başlayıblar. Çempionat başlamadığına görə, uşaqlarda oyun təcrübəsi də yoxdur. Yaxın günlərdə yeni mövsüm başlayacaq. Oyundan 2 gün əvvəl Çexiyaya gəlməyimiz bizim üçün üstünlük oldu. Məsafə uzaqdır, Zlin şəhərinə gəlmək üçün təyyarədən əlavə avtobusla 3 saata yaxın yol qət etmişik. Şəhərdə bir gün artıq qalmağımız uşaqların yorğunluğunun çıxmasına və bərpa olunmasına kömək etdi".

Baş məşqçi Çexiya millisi haqqında fikirlərini də bildirib:

"Çexiya millisinin üzvlərini məşqdən sonra gördük. Dünya çempionatının seçmə oyunlarından sonra onlar da yoldaşlıq matçları keçirməyiblər. Komandanın 40-50 faizi yeni futzalçılardır. Onlar üçün də bu matç yeni komandalarını iş başında yoxlamaq baxımından önəmlidir. Maraqlı oyun olacaq. Yoldaşlıq oyunu olsa da, çalışacağıq nəticəmiz də yaxşı olsun. Uşaqların əhval-ruhiyyəsi yaxşıdır”.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da baş tutacaq.

Oxşar xəbərlər

Azərbaycanın futzal millisinin baş məşqçisi təlim-məşq toplanışını dəyərləndirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan millisinin üzvü: AVRO-2026-nın final mərhələsinə yollanmaq niyyətindəyik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan millisinin baş məşqçisi: İspaniyada oynayan futbolçuları toplanışa dəvət edə bilmədik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Voleybol Federasiyasının prezidenti yeniyetmə və gənc voleybolçuların təlim-məşq toplanışında olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan yığmasının baş məşqçisi: Dünya çempionatının seçmə mərhələsində qrupdan çıxacağımızı düşünürəm [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər