Bosniya və Herseqovinanın Azərbaycan millisi ilə oyun üçün heyəti açıqlanıb
Futzal üzrə Bosniya və Herseqovina millisinin Azərbaycan yığmasına qarşı keçirəcəyi yoldaşlıq matçları üçün heyəti açıqlanıb.
"Report" xəbər verir ki, baş məşqçi Qoran Melher toplanışa 18 futzalçı dəvət edib.
Bosniya və Herseqovina komandası noyabrın 2-də oyunların keçiriləcəyi Zenitsa şəhərində toplaşacaq.
Rəqibin heyəti: Darko Milanoviç, Seyad İbrişimoviç, Samir Qosto, Edvin Bosniç (hamısı "Bubamara"), Davor Arnautoviç, Adnan Kalaydiç, Draqan Edi Mariç, Bilal Yeliç, Mario Aladziç, Amir Baruçij (hamısı "Mostar"), Yosip Sesar, Yosip Başkoviç, Senad Poraçanin (hamısı "Vrqoraç", Xorvatiya), Muanis Duvnyak, Faruk Brkaniç (hər ikisi "Sarayevo"), Deyan Pavloviç (Brod), Srcan İvankoviç ("Torpedo", Rusiya), Amer Deliç ("Sloqa Qornyi Vakuf"/"Uskoplye").
Qeyd edək ki, oyunlar noyabrın 4-ü və 5-də Zenitsa şəhərində yerləşən Huseyn Smayloviç adına arenada, yerli vaxtla saat 19:00-da start götürəcək. Azərbaycan millisi səfərə noyabrın 3-də çıxacaq.
Oxşar xəbərlər
Azərbaycanın futzal millisi 2 yoldaşlıq görüşü keçirəcək
Çexiya yığmasının Azərbaycan millisi ilə oyunlar üçün heyəti bəlli olub
Bosniya və Herseqovina Futbol Federasiyası ölkə çempionatının bütün oyunlarını təxirə salıb
Azərbaycan millisinin Çexiya ilə oyunlar üçün yekun heyəti açıqlanıb
Türkiyə Bosniya və Herseqovina ilə hərbi əməkdaşlığı gücləndirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
