Azərbaycan millisinin baş məşqçisi Çexiyadakı hazırlığı dəyərləndirib
Azərbaycanın futzal millisinin baş məşqçisi Vitali Borisov komandanın Çexiyadakı hazırlığı və yoxlama oyunlarını dəyərləndirib.
Mütəxəssis “Sizinxeber.az”a açıqlamasında çempionat başlamadığı üçün futzalçıların oyun praktikasından əziyyət çəkdiyini deyib.
O, xüsusən də ikinci yoldaşlıq oyununda komandanın fiziki cəhətdən çətinlik yaşadığını vurğulayıb:
“4 gün Çexiyada qaldıq və iki oyun keçirdik. Futzalçıların oyun praktikası olmadığı üçün çətinlik çəkirdilər. 4 nəfər gənc oyunçu aparmışdıq. Uşaqlardan razı qaldım. Bir qədər fiziki baxımdan çətinlik çəkdilər bu da ikinci oyunun ikinci hissəsində özünü göstərdi. İlk oyunda dözdülər, ikinci görüşün birinci hissəsində də yaxşı oynadılar, amma hiss olunurdu ki, gücümüz tükənir. Bu da yeni yığılan komanda üçün təbii haldır. Digər tapşırıqları isə yerinə yetirdilər. Düzdür, 5 gün ərzində bunların hamısını mənimsəmək asan deyil. Amma bəzi futzalçılar sistemi qavradılar”.
Baş məşqçi xüsusən də standart vəziyyətlər cəhətdən zəif olduqlarını söyləyib:
“İkinci oyunda standart vəziyyətdən 4 qol buraxdıq. Bu ən zəif cəhətimizdir. Uşaqları günahlandırmaq da olmur, bunun üzərində işləmək lazımdır. Çexiya yığması haqqında onu deyə bilərəm ki, əvvəlki heyətdən 8 nəfər qalıb. Hansı ki, onların 6-sı ölkə çempionatda eyni komandadadırlar. Meydana çıxanda hiss olunurdu ki, təcrübələri var və bir-biriləri ilə yaxşı anlaşırlar. Həmçinin boyları hündür və fiziki durumları yaxşı idi. Belə oyunçulara qarşı mübarizə aparmaq çətindir. Qol imkanlarından istifadə edə bilmədik. İkinci oyunda çox top fərqi ilə uduzmalı deyildik. Çexiya ümumilkdə orta səviyyəli komandadır. Hətta bir neçə oyunçusu var ki, vaxtilə mənə qarşı oynayıblar”.
V.Borisov qarşıdakı planlardan da danışıb:
“Noyabrda Bosniya və Heresqovina ilə yoldaşlıq oyunu gözlənilir. Hələlik planda başqa nəsə yoxdur. Əlbəttə, komandada dəyişikliklər ola bilər. Çempionat başlayandan sonra oyunlara baxacağıq. Müəyyən səbəblərdən Çexiyaya apara bilmədiyimiz oyunçuları da izləyəcəyik".
Oxşar xəbərlər
Azərbaycan millisinin baş məşqçisi Çexiyadakı təlim-məşq toplanışını dəyərləndirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın futzal millisinin baş məşqçisi təlim-məşq toplanışını dəyərləndirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan millisinin baş məşqçisi: İspaniyada oynayan futbolçuları toplanışa dəvət edə bilmədik [xfgiven_updateblue][/xfgiven_updateblue]
NTD-nin baş məşqçisi Azərbaycan Basketbol Liqasına hazırlığı dəyərləndirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan millisinin baş məşqçisi: İki oyunda əlimizdən gələni edəcəyik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













