Premyer Liqa: "Neftçi" bu gün "Sabah"la qarşılaşacaq
"Neftçi" komandası bu gün Misli Premyer Liqasının XI turunda "Sabah"la üz-üzə gələcək.
"Report"un məlumatına görə, “Bank Respublika Arena”dakı qarşılaşma saat 17:00-da start götürəcək.
Matçı Tural Qurbanovun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. "Sabah" 16 xalla beşinci, "ağ-qaralar" 8 xalla səkkizinci pillədə qərarlaşıb.
Tura "Qarabağ" - "Şamaxı" oyunu ilə yekun vurulacaq. Tofiq Bəhramov adına Respublika stadionundakı matç saat 19:00-da başlayacaq. Bu qarşılaşmanın baş hakimi Cavid Cəlilov olacaq.
Ağdam təmsilçisi 24 xalla liderdir. Qonaqlar 12 xalla altıncı sıradadır. Hər iki komandanın ehtiyatda bir oyunu da var.
Azərbaycan Premyer Liqası, XI tur
27 oktyabr (bazar)
17:00. “Sabah” – “Neftçi”
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Zöhrab Abbasov, Əli Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
“Bank Respublika Arena”
19:00. “Qarabağ” – “Şamaxı”
Hakimlər: Cavid Cəlilov, Namik Hüseynov, Müslüm Əliyev, Nicat İsmayıllı
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Asif Əliyev
Tofiq Bəhramov adına Respublika stadionu
Qeyd edək ki, XI turda "Turan Tovuz" "Kəpəz"i (2:1), "Sumqayıt" "Səbail"i (1:0) məğlub edib. "Araz-Naxçıvan" - "Zirə" matçında isə qalib müəyyənləşməyib - 1:1.
Oxşar xəbərlər
Premyer Liqa: "Qarabağ" "Sabah"la üz-üzə gələcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Premyer Liqa: "Sabah" - "Neftçi" matçının təyinatları açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Premyer Liqasında III tura bu gün start veriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Premyer Liqa: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Premyer Liqası: Bu gün VI turun daha iki oyunu keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












