Premyer Liqa: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edəcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının VII turunda "Qarabağ" "Neftçi"ni qəbul edəcək.
"Report"un məlumatına görə, "Azərsun Arena"da baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.
Azərbaycan derbisini FIFA referisi Əliyar Ağayev idarə edəcək. Rəqiblərindən bir oyun az keçirən Ağdam təmsilçisi hazırda 12 xalla ikinci pillədə qərarlaşıb. Paytaxt klubu 4 xalla 8-9-cu yerləri bölüşdürür.
Turun açılış matçında isə "Kəpəz" "Şamaxı" ilə üz-üzə gələcək. Tovuz şəhər stadionunda reallaşacaq matç saat 17:00-da başlayacaq. Bu görüşün baş hakimi Cavid Cəlilov olacaq. Əvvəlki altı oyunun hamısında məğlub olan "sarı-göylər" sonuncu - 10-cu sıradadır. Qonaqlar isə 8 xalla altıncıdır.
Azərbaycan Premyer Liqası
VII tur
20 sentyabr
17:00. “Kəpəz” – “Şamaxı”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı.
VAR: Rauf Cabarov.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Tovuz şəhər stadionu
20:00. “Qarabağ” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
"Azərsun Arena"
Qeyd edək ki, VII turun digər matçları sentyabrın 21-22-də baş tutacaq.
Oxşar xəbərlər
Azərbaycan Premyer Liqasında III tura bu gün start veriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Premyer Liqası: "Qarabağ" - "Neftçi" matçının baş hakimi müəyyənləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Premyer Liqa: "Neftçi" və "Qarabağ"ın növbəti oyunlarının təyinatları bəlli olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Premyer Liqası: "Zirə" - "Neftçi" oyununun hakimləri açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Premyer Liqa: "Qarabağ" və "Neftçi"nin oyunlarını FIFA referiləri idarə edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













