Azərbaycan Premyer Liqasında II tura yekun vurulub
Azərbaycan Premyer Liqasında II turun görüşlərinə yekun vurulub.
"Report" xəbər verir ki, turun son matçında "Sabah" "Zirə"ni qəbul edib.
"Bank Respublika Arena"da reallaşan oyun qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmada hesabı 50-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Rafael Utziq açıb. 2 dəqiqə sonra meydan sahiblərini növbəti dəfə mərkəzə dəvət edən Salifu Suma yekun hesabı müəyyənləşdirib.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Qarabağ" "Kəpəz"ə 3:0 hesabı ilə qalib gəlib. "Araz Naxçıvan" "Şamaxı"nı, "Turan Tovuz" isə "Sumqayıt"ı minimal hesabla üstələyib. "Səbail" - "Neftçi" görüşü isə heç-heçə ilə yekunlaşıb - 1:1.
Ardıcıl ilk iki turda hərəyə 2 qələbə qazanan "Qarabağ" və "Zirə" birinci-ikinci pillələri bölüşür. 4 xala malik "Turan Tovuz" üçüncü, 3 xalı olan digər kollektivlər - "Sumqayıt"la "Araz Naxçıvan" dörd və beşinci sıralarda qərarlaşıb. Mövsümə iki heç-heçə ilə başlayan "Neftçi" altıncı, 1 xalı olan "Sabah", "Şamaxı" və "Səbail" müvafiq olaraq yeddinci, səkkizinci və doqquzuncu, 0 xalla sonuncu yeri isə "Kəpəz" tutur.
Oxşar xəbərlər
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"a qalib gəlib
Bu gün Azərbaycan Premyer Liqasında II turun oyunlarına yekun vurulacaq
Bu gün Azərbaycan Premyer Liqasında II tura yekun vurulacaq
"Sumqayıt" Azərbaycan Premyer Liqasında mövsümə qələbə ilə başlayıb
Azərbaycan Premyer Liqası: I turun son matçında "Zirə" qələbə qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













