"Birbaşa Bakı"nın baş məşqçisi: Çempionlar Liqasının final matçında ən yaxşı oyunumuzu göstərə bilmədik
Final matçında ən yaxşı oyunumuzu göstərə bilmədik.
Bunu "Report"a açıqlamasında minifutbol üzrə Çempionlar Liqasının qalibi olan "Birbaşa Bakı"nın baş məşqçisi Dan Marius Mitu deyib.
Rumıniyalı mütəxəssis titula sahib çıxdıqları üçün xoşbəxt olduqlarını bildirib:
"Qalib gəldiyimiz üçün şadam. Ən yaxşı oyunumuzu sərgiləyə bilmədik. Çünki hamısı olmasa da, oyunçuların çoxu yorğun idilər. Bu, üç gün ərzində yeddinci qarşılaşmamız idi".
O, qarşıdakı hədəflər barədə də danışıb:
"Oynadığımız hər turnirdə qalib gəlmək niyyətindəyik. Klub rəhbərliyi futbolçuların işinə qiymət verəcək və hər kəsə mütləq hədiyyə olacaq. Qarşıdakı hədəf növbəti çempionatda qalib gəlməkdir. Əvvəlcə bir az qələbəni qeyd edəcəyik, sonra işə başlayacağıq".
Qeyd edək ki, "Birbaşa Bakı" Çempionlar Liqasının final matçında Çexiyanın "Brno" kollektivini 2:1 hesabı ilə üstələyib.
Oxşar xəbərlər
“Birbaşa Bakı”nın baş məşqçisi: Çempionlar Liqasındakı rəqiblərimiz haqqında xeyli məlumat əldə etmişik
"Birbaşa Bakı"nın baş məşqçisi: Yarımfinal matçı mübahisəli idi
Azərbaycan klubu Çempionlar Liqasının qalibi olub
Çempionlar Liqası: "Birbaşa Bakı" növbəti görüşünü keçirib
"Neftçi"nin baş məşqçisi: Gürcüstan komandası ilə oyunun ilk hissəsində çox səhv etdik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
