“Birbaşa Bakı”nın baş məşqçisi: Çempionlar Liqasındakı rəqiblərimiz haqqında xeyli məlumat əldə etmişik
sizinxeber.az xəbər saytı

“Birbaşa Bakı”nın baş məşqçisi: Çempionlar Liqasındakı rəqiblərimiz haqqında xeyli məlumat əldə etmişik


Rəqiblərimiz haqqında xeyli məlumat əldə etmişik.

Bunu “Report”a açıqlamasında, Azərbaycanı minifutbol üzrə Çempionlar Liqasında təmsil edəcək “Birbaşa Bakı”nın rumıniyalı çalışdırıcısı Dan Marius Mitu deyib.

O, yarışa hazırlıq və qarşıdakı planlar haqqında fikirlərini bölüşüb:

"Hazırlığa 1 ay əvvəl başlamışıq. Amma əsas komandanın özünü necə göstərəcəyidir. Rəqiblərin matçlarına baxmışam və növbəti günlərdə daha çox məlumat alacağam".

Mütəxəssis Çempionlar Liqasındakı hədəflər barədə də danışıb:

“Komandanın böyük potensialı var. Ona görə də bu yarışda mümkün qədər irəli getməyə çalışacağıq. Nə olacağını görəcəyik. Futbolçulara təzyiq etmək istəmirəm, amma başa düşməlidirlər ki, biz oraya hər oyunda maksimum mübarizə aparmaq və ən yaxşı oyunumuzu göstərmək üçün gedirik. Ümid edirəm ki, yeni oyunçular məşqlərdə və yoldaşlıq oyunlarındakı kimi komandaya uyğunlaşacaqlar, daha çox keyfiyyət və güc qatacaqlar”.

Qeyd edək ki, "Birbaşa Bakı" Çempionlar Liqasında "BKMK Brno" (Çexiya), "Nottingem Livorno" (İtaliya) və "Orteqa Tvins Malaqa" (İspaniya) komandaları ilə eyni qrupda yer alıb. Oyunlar sentyabrın 5-6-da Polşanın paytaxtı Varşavada gerçəkləşəcək.

Oxşar xəbərlər

“AzNur”un baş məşqçisi: Çempionlar Liqasında oyunlara ikiqat məsuliyyətlə çıxacağıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın minifutbol komandalarının Çempionlar Liqasındakı rəqibləri bəlli olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın minifutbol komandalarının Çempionlar Liqasındakı rəqibləri bəlli olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Millinin baş məşqçisi: Azərbaycanı dünya çempionatında layiqincə təmsil etməyə çalışacağıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qurban Qurbanov: Bu, Azərbaycanın “Qarabağ”ı idi, mənim “Qarabağ”ım idi [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər