"Sabah"ın baş məşqçisi: Mümkün rəqiblər arasında ən çətin olanı ilə qarşılaşacağıq
Mümkün rəqiblər arasında ən çətin olanı ilə qarşılaşacağıq.
"Repor" xəbər verir ki, bunu "Sabah"ın U-19 komandasının baş məşqçisi Adino Mustedanaqiç deyib.
O, paytaxt klubunun UEFA Gənclər Liqasında qarşılaşacağı "Bazel"lə (İsveçrə) oyunu dəyərləndirib:
"Komandamız mübarizəyə 2-ci mərhələdən başlayacaq. Bu mərhələdə asan rəqib olmur. Amma mümkün rəqiblər arasında ən çətin rəqiblə oynayacağımızı deməliyəm. "Bazel" gənclərlə işə xüsusi önəm verən klubdur. Bu klub İsveçrədə ən yaxşı futbol akademiyalarından birinə malikdir. Artıq bu komanda ilə oyunun hazırlıqlarına başlamışıq. Bu cür güclü rəqiblə düşməyimiz bizim üçün sürpriz olmadı. Klub olaraq bu oyunları səbirsizliklə gözləyirik".
Qeyd edək ki, "Sabah" UEFA Gənclər Liqasında mübarizəyə 2-ci mərhələdən başlayacaq. Azərbaycan təmsilçisinin "Bazel"ə qarşı ilk matçı oktyabrın 23-də İsveçrədə, cavab oyunu isə noyabrın 6-da Bakıda olacaq.
Oxşar xəbərlər
"Sabah"ın UEFA Gənclər Liqasındakı rəqibi müəyyənləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]
UEFA Konfrans Liqası: Azərbaycan təmsilçilərinin pley-offdakı mümkün rəqibləri azalıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Krunoslav Renduliç: Sabahkı oyuna yaxşı hazırlaşmışıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Krunoslav Renduliç: Sabah əlimizdən gələnin ən yaxşısını edəcəyimizə söz veririk [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Dinamo"nun baş məşqçisi: "Qarabağ"ın bu cür uğurlu çıxışları bizə xəbərdarlıqdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












