"Sabah"ın UEFA Gənclər Liqasındakı rəqibi müəyyənləşib
sizinxeber.az xəbər saytı

"Sabah"ın UEFA Gənclər Liqasındakı rəqibi müəyyənləşib


Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək "Sabah" klubunun rəqibi müəyyənləşib.

"Sizinxeber.az" xəbər verir ki, mübarizəyə ikinci mərhələdən başlayacaq Bakı komandası İsveçrə təmsilçisi “Bazel” ilə qarşılaşacaq.

İlk oyun oktyabrın 23-də səfərdə, cavab görüşü isə noyabrın 6-da Bakıda baş tutacaq.

Qeyd edək ki, iki qarşılaşmanın nəticəsinə əsasən üstün olan tərəf üçüncü mərhələdə “Braqa” (Portuqaliya) – “Rapid” (Avstriya) cütünün qalibi ilə üz-üzə gələcək.

Oxşar xəbərlər

Azərbaycan millisinin sabiq futbolçusu: "Sabah" və "Zirə" üçün həlledici oyun Bakıda olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər