Rəşad Sadıqov: "Omoniya" təcrübəli və keyfiyyətli futbolçulardan təşkil olunub
"Omoniya" təcrübəli və keyfiyyətli futbolçulardan təşkil olunub.
"Sizinxeber.az"un məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Kiprdə "Omoniya" komandasına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
Mütəxəssis sabah vacib və maraqlı oyuna çıxacaqlarını bildirib:
"Artıq iki aya yaxındır ki, avrokuboklarda çıxış edirik. Rəqib komanda təcrübəli və keyfiyyətli futbolçulardan təşkil olunub. "Omoniya" Azərbaycan futbol camiəsinə tanış rəqibdir. "Qarabağ" və "Qəbələ"yə qarşı mübarizə aparıblar. Heyətlərini yeni futbolçularla gücləndiriblər. Bu, onların çıxışlarına müsbət təsir edib. Sabah azarkeşlər maraqlı və gərgin oyuna şahidlik edəcəklər".
Qeyd edək ki, avqustun 22-də GPS stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Cavab görüşü bundan bir həftə sonra gerçəkləşəcək.
Oxşar xəbərlər
"Omoniya"nın baş məşqçisi: "Zirə" ilə matçda diqqətli olmalıyıq
UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" ilə oyun üçün bu gün Kiprə yollanacaq
UEFA Konfrans Liqası: "Omoniya" - "Zirə" oyununun hakimləri bəlli olub
Rəşad Sadıqov: Vacib matça çıxacağıq
Rəşad Sadıqov: "Vacib matça çıxacağıq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













