Tomas Tuxel: "Panamaya qarşı bu qədər qol imkanı yaradan yeganə komanda biz olduq"
Tomas Tuxel: "Panamaya qarşı bu qədər qol imkanı yaradan yeganə komanda biz olduq"
İngiltərə yığması Panama ilə görüşdə çoxsaylı qol vəziyyətləri yaradıb.
"Sizinxeber.az" xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa təmsilçisinin baş məşqçisi Tomas Tuxel Panamaya qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.
Mütəxəssis qələbə qazandıqları oyunu şərh edib:
"Etməli olduğumuz işi yerinə yetirdik. Çətin rəqibə qarşı gözlədiyimiz kimi oyun keçdi. Panamaya qarşı bu qədər qol imkanı yaradan yeganə komanda biz olduq. Hər kəs üzərinə düşən vəzifəni yerinə yetirdi və Cud Bellinqem də bu baxımdan komandaya böyük töhfə verdi".
O, hələ də komandanın inkişaf etdirməli məqamlarının olduğunu söyləyib:
"Seçdiyimiz aqressiv oyun üslubunun uğurlu alınması üçün çoxsaylı detalları düzgün yerinə yetirmək lazımdır. Amma indi turnir yenidən başlayır – qarşıda pley-off mərhələsi var. Gücümüzü və enerjimizi toplayacaq, indiyədək etdiklərimizin üzərinə yenisini əlavə edəcəyik. Daha da güclənəcəyik. Oyunların əhəmiyyəti artdıqca, bizim də performansımız daha yüksək olacaq".
Qeyd edək ki, İngiltərə Panama millisini 2:0 hesabı ilə məğlub edib.
