Dövlət Xidməti kiberpoliqonda praktiki məşğələ keçirib
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Bakı Ali Neft Məktəbində yerləşən "İnformasiya Təhlükəsizliyi Testləri" Laboratoriyasında "Kiberpoliqonda praktiki məşğələ" (Cyber Range Hands-On Exercise) adlı praktiki təlim keçirilib.
Bu barədə "Sizinxeber.az"a dövlət qurumundan məlumat verilib.
Tədbir Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun birgə təşkilatçılığı, NATO-nun "Sülh və Təhlükəsizlik naminə Elm" proqramının dəstəyi ilə baş tutub.
Məqsəd enerji sektorunda fəaliyyət göstərən operatorların, texniki mütəxəssislərin və dövlət qurumlarının kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılması, kritik informasiya infrastrukturuna qarşı yönələn müasir təhdidlər barədə məlumatlılığın gücləndirilməsi, eləcə də kibertəhlükəsizlik insidentlərinə operativ və effektiv cavabvermə imkanlarının təkmilləşdirilməsi olub.
Praktiki məşğələ çərçivəsində Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun nümayəndələri tərəfindən enerji sektoruna qarşı yönələn aktual kibertəhdidlər, kritik infrastrukturlara qarşı həyata keçirilmiş real kiberhücum nümunələri, habelə insidentlərə cavabvermə proseslərində tətbiq olunan yanaşmalar barədə təqdimatlar keçirilib. İştirakçılar müxtəlif ssenarilər əsasında kiberinsidentlərin aşkarlanması, təhlili və cavab tədbirlərinin həyata keçirilməsi istiqamətində praktiki tapşırıqlar yerinə yetiriblər.
Təlimdə iştirak üçün ölkənin enerji sektorunu təmsil edən 13 qurum və təşkilatdan ümumilikdə 18 iştirakçı seçilib.
Oxşar xəbərlər
XRİTDX daha bir universitet ilə birgə laboratoriyalar yaradacaq
Təhlükəsizlik boşluqları aşkarlanmış dövlət informasiya resurslarının sayı apreldə kəskin azalıb
Təhlükəsizlik boşluqları aşkarlanmış dövlət informasiya resurslarının sayı martda 2 dəfə artıb
Bakıda kibertəhlükəsizlik konfransı keçiriləcək
Tural Məmmədov: "Azərbaycanda dövlət qurumlarına podratçı şəbəkələri vasitəsilə kiberhücumlar artır"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
ABŞ Türkiyəyə 700 milyon dollar dəyərində qırıcı təyyarə mühərrikləri satmaq niyyətindədir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
