ABF-nin baş katibi: "Basketbolçularımız Bakı mərhələsində əllərindən gələni etdilər"
Azərbaycan Basketbol Federasiyasının (ABF) baş katibi Vüqar Əzimov 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsi ilə bağlı fikirlərini bölüşüb.
ABF rəsmisi bu barədə "Report"a açıqlama verib.
O, artıq üçüncü ildir turnirin Bakıda təşkil edildiyini xatırladıb:
"Ölkəmizə gələn komandalar hər zaman təşkilatçılıqdan məmnun qalıblar. Azərbaycanda beynəlxalq yarışlar həmişə yüksək səviyyədə təşkil olunur. "Sea Breeze" rəhbərliyinə ev sahibliyi etdikləri üçün və yardılan şəraitə görə təşəkkür edirik. Bu il Sumqayıt və Quba şəhərlərində də Dünya Qadın Seriyasının mərhələləri olacaq".
ABF rəsmisi Azərbaycan yığmasının turnirdəki çıxışı ilə bağlı danışıb:
"Millimizin qrupdan çıxması və 1/4 finala vəsiqə qazanması sevindirici haldır. Oyunçularımız əllərindən gələni etdilər. Bu idman növündə hər şey anidən dəyişə bilər. Daha yaxşı nəticə əldə etmək istəyərdik. Amma Latviya dünya reytinqində liderlərdən hesab olunur. Qadın və kişilərdən ibarət 3x3 basketbol üzrə milli komandalarımız Avropa çempionatının seçmə mərhələsində iştirak edəcəklər. Bu yarışdan yaxşı nəticə ilə geri dönəcəklərinə ümid edirik".
Oxşar xəbərlər
3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsinə start verilir
Azərbaycan millisi 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsində 1/4 finala yüksəlib
3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsi başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
