Pap Tyav: "Seneqal millisinin taleyi öz əlində deyil"
sizinxeber.az xəbər saytı

Pap Tyav: "Seneqal millisinin taleyi öz əlində deyil"


Seneqal millisinin taleyi öz əlində deyil.

"Sizinxeber.az" xarici mediaya istinadən xəbər verir ki, bunu adıçəkilən millinin baş məşqçisi Pap Tyav İraqa qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.

Mütəxəssis böyük hesabla qalib gəldikləri qarşılaşmanı şərh edib:

"Biz üzərimizə düşən işi gördük. Amma artıq taleyimiz öz əlimizdə deyil. İndi digər oyunların nəticələrini gözləməliyik. İlk hissə bizim üçün çətin keçdi. İraq erkən qırmızı vərəqə alsa da, istədiyimiz qolları vura bilmirdik. Daim oyuna nəzarət etməyə çalışmaq futbolçuların yorğunluğuna təsir etmişdi.

Fasilədə komandada müəyyən dəyişikliklər etdik və daha çox qısa ötürmələrlə oynamağa çalışdıq ki, rəqibi daha çox hərəkət etməyə məcbur edək. 11 futbolçu ilə 10 nəfərə qarşı oynamağın üstünlüyü hiss olundu. Etdiyimiz dəyişikliklər də öz bəhrəsini verdi".

Qeyd edək ki, Seneqal seçməsi İraqı 5:0 hesabı ilə məğlub edib.

Oxşar xəbərlər

Stole Solbakken: "Seneqala qarşı oyunun sonluğu həyatımın ən uzun dəqiqələri idi"
Azərbaycan millisinin baş məşqçisi: "Son iki yoxlama oyunundan razı qaldım"
Seneqal millisinin baş məşqçisi postundan ayrılıb
Emerse Fae: "Fildişi Sahili millisinin səbrli olmağı vacib idi və bunun bəhrəsini gördük"
Seneqal millisinin dünya çempionatında təşkilati və maliyyə problemləri üzə çıxıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər