Füzuli Məmmədov: "Kəpəz"lə oyunda hesab daha böyük ola bilərdi"
sizinxeber.az xəbər saytı

Füzuli Məmmədov: "Kəpəz"lə oyunda hesab daha böyük ola bilərdi"


"Bizim üçün çətin idi. "Qarabağ"a məğlubiyyiyyətdən sonra komandanı bu görüşə kökləmək də çətin oldu. Futbolçularda psixoloji gərginlik də var idi. Bu yöndə rəhbərlik həm futbolçulara, həm də futbolçulara dəstək oldular. Bilirdik ki, çətin olacaq. "Kəpəz"in heyəti güclüdür. Futbolçular bu oyuna çox ciddi hazırlaşdılar. Meydanda da plandan da başqa, ürək mübarizəsi verdilər. Oyunçularım meydanda əzmkarlıq göstərdilər. Hesab daha böyük ola bilərdi. 4:1 qalib gəlsək də, çox çətin idi. Futbolçular çətinliyin öhdəsindən gəldi. Hesab 2:1 olanda hər şey dəyişə də bilərdi. Lakin futbolçularım oyundan düşmədi. Əksinə, üçüncü qolu vurmağa bacardıq. Bütün futbolçularımı təbrik edirəm. Bəzən üzülürəm. Ona görə ki, azarkeşlərimiz bundan da artığına layiqdirlər. Biz azarkeşlərimizi qələbələrimizlə sevindirə bilmirik. Buna görə üzgünəm. Amma bayaq da azarkeşlərə dedim ki, qarşıda 6 tur var. Hər oyuna qələbə üçün çıxacağıq ki, azarkeşləri sevindirməyə çalışacağıq. Onları hər zaman sevindirə bilmədiyimizə görə üzgünəm. Amma bizi qarşıda daha yaxşı oyunlar, daha yaxşı qələbələr gözləyir".

Oxşar xəbərlər

Samir Abasov: "Böyük hesabla da qələbə qazana bilərdik"
Vaqif Cavadov: "Futbolçular dərk edirdilər ki, "Kəpəz"lə oyunda qələbə qazanmaq çox vacibdir"
Qurban Qurbanov “Kəpəz”ə böyük hesabla qalib gəldikləri oyunu şərh edib
"Kəpəz"in qapıçısı: "Neftçi"yə qalib gəldiyimiz üçün xoşbəxtik"
Kipr klubunun baş məşqçisi: "Araz-Naxçıvan"la oyuna ciddi hazırlaşmışıq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər