"Barcelona"nın futbolçusu Lamin Yamal La Liqada ayın futbolçusu seçilib
sizinxeber.az xəbər saytı

"Barcelona"nın futbolçusu Lamin Yamal La Liqada ayın futbolçusu seçilib


"Barcelona"nın hücumçusu Lamin Yamal İspaniya La Liqasında ayın ən yaxşı oyunçusu seçilib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə çempionatın mətbuat xidməti məlumat yayıb.

18 yaşlı futbolçu aprel ayında keçirdiyi 3 oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, bu mükafat uğrunda mübarizədə Lukas Boye ("Alaves"), Vedat Muriki ("Malyorka"), Karlos Soler ("Real Sosyedad") və Federiko Vinası ("Ovyedo") geridə qoyub.

Yamal bu mövsüm üçüncü dəfə ayın oyunçusu adını qazanıb. O, daha əvvəl noyabr və dekabr aylarında da bu mükafata sahib çıxmışdı.

Xatırladaq ki, vinger sol bud əzələsindən zədə aldığına görə 2025/2026 mövsümünün qalan hissəsini buraxacaq.

Oxşar xəbərlər

Lamin Yamal La Liqada yeni rekord müəyyənləşdirib
Lamin Yamal dünya üzrə aprel ayının ən yaxşı futbolçusu seçilib
Lamin Yamal tarixi nailiyyətə imza atıb
Lamin Yamal futbol tarixinin ən bahalı gənc oyunçusu olub
Lamin Yamal La Liqada mövsümün ən çox assist edən futbolçusu olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər