Lamin Yamal dünya üzrə aprel ayının ən yaxşı futbolçusu seçilib
sizinxeber.az xəbər saytı

Lamin Yamal dünya üzrə aprel ayının ən yaxşı futbolçusu seçilib


İspaniyanın "Barselona" klubunun futbolçusu Lamin Yamal dünya üzrə aprel ayının ən yaxşı futbolçusu seçilib.

"Sizinxeber.az" xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) aprelin ən yaxşı futbolçularının reytinqini açıqlayıb.

Aprel ayının ən yaxşısı seçilən 17 yaşlı oyunçunun komanda yoldaşı Rafinya isə ikinci yerə layiq görülüb. İlk "3-lüy"ü PSJ-nin hücumçusu Usman Dembele qapayıb.

Qeyd edək ki, Yamal ötən ay "Barselona"nın heyətində 9 oyun keçirib, iki qol vurub və bir məhsuldar ötürmə edib. Klubla müqaviləsinin müddəti 2026-cı ilə qədər olan futbolçunun transfer dəyəri 180 milyon avro qiymətləndirilir.

Oxşar xəbərlər

Lamin Yamal Çempionlar Liqasında rekorda imza atıb
Lamin Yamal futbol tarixinin ən bahalı gənc oyunçusu olub
Lamin Yamal tarixi nailiyyətə imza atıb
"Barselona"nın hücumçusu La Liqada avqust ayının ən yaxşı oyunçusu seçilib
Lamin Yamal "Barselona"da 100 oyun keçirən futbolçular arasında yeni rekorda imza atıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər