Çempionlar Liqası: UEFA "Barselona"nın hakimliklə bağlı şikayətini rədd edib
sizinxeber.az xəbər saytı

Çempionlar Liqası: UEFA "Barselona"nın hakimliklə bağlı şikayətini rədd edib


UEFA İspaniyanın "Barselona" klubunun Çempionlar Liqasının 1/4 final mərhələsində "Atletiko" ilə keçirilən oyunda hakimliklə bağlı etdiyi şikayəti rədd edib.

"Sizinxeber.az"un məlumatına görə, UEFA-nın Nəzarət, Etika və İntizam Komissiyasının mətbuat xidmətindən bildirilib ki, Kataloniya klubu aprelin 8-də baş tutan matçdan sonra hakimin qərarına etiraz edib.

Lakin ötən gün qurum tərəfindən bu etiraz qəbuledilməz sayılıb.

"Barselona" həmin oyunda hakimlərin zəif idarəçiliyi ilə bağlı UEFA-ya rəsmi şikayət ünvanlamışdı. Adıçəkilən komanda həmin oyunda 0:2 hesabı ilə məğlub olub.

"Barselona" rəhbərliyi xüsusilə ikinci hissədə "Atletiko"nun müdafiəçisi Mark Pubilin əllə oyunu zamanı penalti verilməməsini etirazla qarşılayıb. Onlar bu qərarın qanunsuz olduğunu və matçın gedişinə, eləcə də yekun nəticəsinə birbaşa təsir etdiyini bildirib.

Komandalar arasında cavab oyunu bu gün Madriddə, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Oxşar xəbərlər

UEFA Çempionlar Liqası: 1/4 final mərhələsinin daha iki oyunu keçiriləcək
Çempionlar Liqası: bu gün “Barselona” ev, “Atletiko” səfər oyununa çıxacaq
"Barselona" – "Atletiko" matçının hakimi İştvan Kovaç cəzalandırılıb
UEFA Çempionlar Liqası: 1/4 final mərhələsinin daha iki oyunu keçirilib
UEFA Çempionlar Liqası: Bu gün ilk yarımfinalçılar bəlli olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər