UEFA Çempionlar Liqası: Bu gün ilk yarımfinalçılar bəlli olacaq
UEFA Çempionlar Liqasında bu gün yarımfinal mərhələsinin ilk iştirakçıları bəlli olacaq.
"Report" xəbər verir ki, buna 1/4 final mərhələsinin cavab görüşlərində aydınlıq gələcək.
İlk oyun günündə 2 qarşılaşma baş tutacaq. İspaniya klublarının duelində "Atletiko" öz meydanında "Barselona"nı qəbul edəcək. Madrid təmsilçisi səfərdəki ilk matçda rəqibini 2:0 hesabı ilə məğlub edib.
Günün digər görüşündə isə İngiltərənin "Liverpul" klubu PSJ (Fransa) ilə üz-üzə gələcək. Parisdəki ilk oyunda Fransa təmsilçisi 2:0 hesablı qələbə qazanıb.
UEFA Çempionlar Liqası
1/4 final, cavab oyunları
14 aprel
23:00. "Atletiko" (İspaniya) - "Barselona" (İspaniya)
İlk oyun - 2:0
23:00. "Liverpul" (İngiltərə) - PSJ (Fransa)
İlk oyun - 0:2
Qeyd edək ki, 1/4 final mərhələsinə sabah yekun vurulacaq.
Oxşar xəbərlər
UEFA Çempionlar Liqası: 1/4 final mərhələsinin daha iki oyunu keçiriləcək
UEFA Çempionlar Liqası: 1/4 final mərhələsinin daha iki oyunu keçirilib
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq
ÇL: "Barselona" və "Liverpul" məğlub oldu
UEFA Çempionlar Liqası: Bu gün 1/4 final mərhələsinə yekun vurulacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

