"Arsenal"ın keçmiş futbolçusu Cek Uilşir baş məşqçi kimi ilk titulunu qazanıb
İngiltərə millisinin və "Arsenal" klubunun sabiq üzvü Cek Uilşir baş məşqçi kimi ilk titulunu qazanıb.
"Sizinxeber.az"un məlumatına görə, onun rəhbərlik etdiyi I Liqa təmsilçisi "Luton Taun" İngiltərə Liqa Kubokunun finalında "Stokport Kaunti" komandasını 3:1 hesabı ilə məğlub edib.
C.Uilşir 2025-ci ilin oktyabr ayından komandanın "sükanı arxasında"dır. O, daha əvvəl "Norviç Siti"də fəaliyyət göstərib. İngiltərə millisinin sabiq üzvü futbolçu karyerası ərzində "Arsenal", "Bolton", "Bornmut", "Vest Hem" və Danimarkanın "Orhus" komandalarının şərəfini qoruyub.
Qeyd edək ki, İngiltərə Liqa Kubokunda aşağı dəstə klubları ilə yanaşı, Premyer Liqa və Çempionşip təmsilçilərinin gənclərdən ibarət heyətləri də iştirak edir. Bu, İngiltərədə üçüncü ən nüfuzlu turnir hesab olunur.
Oxşar xəbərlər
İngiltərə millisinin sabiq futbolçusu Çempionşip təmsilçisinin baş məşqçisi olacaq
"Arsenal"ın sabiq futbolçusu İngiltərə klubunun baş məşqçisi təyin olunub
İngiltərə Liqa Kubokunun qalibi bəlli olub
İngiltərə millisinin sabiq baş məşqçisi Premyer Liqa klubunu çalışdıra bilər
"Çelsi" və "Arsenal"ın sabiq futbolçusu Premyer Liqa klubu ilə anlaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
“Aston Villa” Avropa Liqasının qalibi olub
-
"SpaceX" "Nasdaq" birjasında olmağı planlaşdırır
