Premyer Liqa: "Turan Tovuz" bu il doğma meydandakı birinci oyununda ilk qələbəsini qazanıb
Misli Premyer Liqasının XXVII turunda "Turan Tovuz" "Sumqayıt"ı məğlub edib.
"Sizinxeber.az"un Tovuza ezam olunan əməkdaşı xəbər verir ki, qarşılaşma qərb təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Tovuz şəhər stadionunda baş tutan matçda ilk qol 9-cu dəqiqədə vurulub. Ev sahiblərinin heyətində Filip Ozobiç hesabı açıb. 50-ci dəqiqədə fərq iki topa yüksəlib. Joarlem Santos hədəfi düzgün nişan alıb. Qonaqlar buraxılan qollardan birinin əvəzini 64-cü dəqiqədə çıxıb. Rayan Senhadji başla dəqiq oynayıb. Bu qol qarşılaşmanın yekun nəticəsini müəyyənləşdirib.
Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv xallarının sayını 52-yə çatdıraraq üçüncü pillədəki yerini möhkəmləndirib. "Sumqayıt" isə 32 xalla yeddincidir.
Turun əvvəlki matçlarında "Karvan-Yevlax" "Kəpəz"i (4:1), "Neftçi" "Araz-Naxçıvan"ı (2:1), "İmişli" "Qəbələ"ni (1:0) məğlub edib. "Şamaxı" - "Qarabağ" (0:0) və "Sabah" - "Zirə" (2:2) qarşılaşmalarında qalib müəyyənləşməyib.
Qeyd edək ki, "Turan Tovuz" Tovuz şəhər stadionunda sonuncu oyununu ötən il, dekabrın 13-də "Sabah"a qarşı keçirib. Həmin vaxt arenanın ot örtüyündə yaranmış problemlə əlaqədar komanda ev oyunlarını müvəqqəti olaraq "Azərsun Arena", daha sonra Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirib. Qərb klubu bu il ilk dəfə doğma azarkeşləri önünə çıxıb.
Oxşar xəbərlər
Azərbaycan Premyer Liqası: "Turan Tovuz" səfərdə "Sumqayıt"a qalib gəlib
"Turan Tovuz" turun son oyununda "Qəbələ"ni məğlub edib
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a uduzub
Premyer Liqanın XXVI turunda "Neftçi" "Turan Tovuz"la bərabərə qalıb
Premyer Liqa: "Turan Tovuz" evdə "Neftçi"yə məğlub olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
"SpaceX" "Nasdaq" birjasında olmağı planlaşdırır
-
“Aston Villa” Avropa Liqasının qalibi olub
