Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a uduzub
"Sabah" Misli Premyer Liqasında "Turan Tovuz"a uduzub.
"Sizinxeber.az"un məlumatına görə, XXX turun oyunu Tovuz şəhər stadionunda keçirilib.
Qarşılaşma meydan sahibinin qələbəsi ilə bitib - 2:1.
14-cü dəqiqədə qonaqların heyətində Anatoli Nuriyev hesabı açıb. Bundan beş dəqiqə sonra "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev qırmızı vərəqə alaraq texniki zonadan uzaqlaşdırılıb.
45+2-ci dəqiqədə paytaxt təmsilçisinin futbolçush Pavel Şafranko eyni aqibəti yaşayıb. Bölgə klubunun heyətində 56-cı dəqiqədə Ayxan Hüseynov, 57-ci dəqiqədə Joarlem Santos fərqləniblər.
Bu nəticədən sonra xallarının sayını 47-ə çatdıran "Turan Tovuz" dördüncü pillədəki mövqeyini qoruyub. "Sabah" 36 xalla beşincidir.
Günün saat 19:15-də start götürəcək matçında "Sumqayıt" "Şamaxı"nı qəbul edəcək.
Qeyd edək ki, ötən gün "Qarabağ" "Səbail"i 4:1 hesabı ilə üstələyib. Tura aprelin 13-də yekun vurulacaq.
Oxşar xəbərlər
Premyer Liqa: "Turan Tovuz" "Kəpəz"i məğlub edib
"Qarabağ" çempionatda "Turan Tovuz"a uduzub
Premyer Liqa: "Şamaxı" - "Turan Tovuz" oyununda qalib müəyyənləşməyib
"Sabah" "Şamaxı"ya uduzub
"Turan Tovuz" "Araz-Naxçıvan"ı məğlub edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
