"Milan" Rafael Leaunu satmağa hazırdır
"Milan" hücumçusu Rafael Leaunu satmağa hazırdır.
"Sizinxeber.az" "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, buna portuqaliyalı futbolçunun A Seriyasının XXIX turunda "Latsio" ilə matçda (0:1) əvəzlənməsinə verdiyi emosional reaksiya səbəb olub.
Martın 15-də baş tutan qarşılaşmanın 66-cı dəqiqəsində meydanı tərk etməli olan 26 yaşlı forvard narazılığını aktiv şəkildə ifadə etməyə başlayıb. Leau ona dəstək olmaq istəyən komanda yoldaşlarını itələyib və baş məşqçi Massimiliano Alleqriyə etirazını bildirib.
Mənbənin məlumatına görə, klub rəhbərliyi müqavilədəki 170 milyon avro təzminat məbləğinə baxmayaraq, futbolçu üçün gələn 80 milyon avrodan başlayan təklifləri dəyərləndirməyə hazırdır.
Qeyd edək ki, R.Leau 2019-cu ildən "Milan"da çıxış edir. O, bu mövsüm bütün turnirlərdə keçirdiyi 24 matçda 10 qol vurub və 2 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı oyunçunun dəyərini 70 milyon avro qiymətləndirir.
Oxşar xəbərlər
"Milan" İspaniya klubundan 175 milyon avro tələb edib
"Milan" yayda iki futbolçusu ilə yolları ayıra bilər
"Milan" futbolçusu üçün qiymət müəyyənləşdirib
"Milan" və "Çelsi" Menyanın transfer qiymətini razılaşdırıb
PSJ Mbappenin əvəzinə gənc ulduz alacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
