ABŞ-da məsciddə dəhşətli qətliam: ölənlər var - Video » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
19 
may
2026
11:56
ff aaaaaaa

ABŞ-da məsciddə dəhşətli qətliam: ölənlər var - Video

19 may, 2026
11:56
929

ABŞ-da məsciddə dəhşətli qətliam: ölənlər var - Video

2026.05.19, 00:08

ABŞ-ın Kaliforniya ştatının San-Dieqo şəhərində yerləşən İslam Mərkəzində silahlı atışma baş verib.

Sizinxeber.Az xəbər verir ki, hadisə yerinə polis və xüsusi təyinatlı qüvvələr cəlb olunub.

İlkin məlumata görə, naməlum şəxs ərazidə insanları güllələyib.

Yerli media polislərlə silahlı şəxs arasında atışmanın olduğunu bildirir.

Ərazi mühasirəyə alınıb, yaxın küçələr bağlanıb və sakinlərə həmin zonadan uzaq durmaq tövsiyə olunub.

***

Silahlı atışmada iki nəfər həlak olub.

Bu barədə “San” məlumat yayıb.

Əraziyə təxminən 100 polis əməkdaşı gəlib, ətrafdakı tikililərin üzərində snayperlər yerləşdirilib.

Mer şəhər sakinlərindən hadisə yerindən uzaq durmağı xahiş edib.

***

Kaliforniyanın San Dieqo şəhərindəki ən böyük məsciddə baş verən atışma nəticəsində üç nəfər həlak olub.

Bu barədə “Nyu York Post” məlumat yayıb.

“Hadisə yerində hücumu törətməkdə şübhəli bilinən iki yeniyetmənin də cəsədi tapılıb. Polis hücumu nifrət əsasında törədilmiş cinayət kimi araşdırır. Yeniyetmələrin silahlarının üzərində “nifrəti qızışdıran” yazıları yazılıb. Eyni zamanda, irqi qürur haqqında ifadələrin yer aldığı intihar qeydi də tapılıb”, - məlumatda bildirilib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul