"Milan" və "Çelsi" Menyanın transfer qiymətini razılaşdırıb
sizinxeber.az xəbər saytı

"Milan" və "Çelsi" Menyanın transfer qiymətini razılaşdırıb


"Milan" və "Çelsi" klubları qapıçı Mayk Menyanın transfer qiymətini razılaşdırıb.

“Sizinxeber.az”un "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, İtaliya təmsilçisi 29 yaşlı fransalı qolkiper üçün təklif olunan 18 milyon avroya razılaşıb.

“Milan” daha əvvəl İngiltərə klubundan 30 milyon avro tələb etmişdi. "Çelsi" isə 15 milyon avro ödəməyə hazır idi.

Qeyd edək ki, M.Menyan ötən mövsüm bütün turnirlərdə keçirdiyi 52 oyunun 14-də qol buraxmayıb. Onun "Milan"la müqaviləsi 2026-cı ilin yayına kimi qüvvədədir.

“Transfermarkt” portalı qolkiperin dəyərini 25 milyon avro qiymətləndirir.

Oxşar xəbərlər

"Milan" İspaniya klubundan 175 milyon avro tələb edib
"Tottenhem" Moretto üçün 25 milyon avro ödəməyə hazırdır
Fransa çempionu "Milan"ın qapıçısını transfer etmək istəyir
"Milan" futbolçusu üçün 50 milyon avro tələb edir
"Milan" yayda iki futbolçusu ilə yolları ayıra bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər