Anatoli Banişevskinin ailə üzvləri "Neftçi"nin qonağı olub
sizinxeber.az xəbər saytı

Anatoli Banişevskinin ailə üzvləri "Neftçi"nin qonağı olub


Əfsanəvi futbolçu Anatoli Banişevskinin ailə üzvləri – həyat yoldaşı İnna Banişevskaya, qızı Milena Həsənova, nəvəsi Eldar Həsənov və veteran hakim Rüstəm Rəhimov “Palms Sports” Futbol Mərkəzində "Neftçi"nin olublar.

"Report" xəbər verir ki, qonaqları “Neftçi”nin baş icraçı direktoru Cenk Sümer qəbul edib.

Klub rəhbəri mərhum futbolçunun ailəsinə üzərində Anatoli Banişevskinin soyadı və “9” rəqəmi olan xatirə forması hədiyyə edib. Görüşdə gələn il fevralın 23-də 80 illik yubileyi olacaq Anatoli Banişevskinin xatirəsinə həsr olunacaq, paytaxt təmsilçisi tərəfindən planlaşdırılan tədbirlərlə bağlı ailəsinə məlumat verilib.

Qeyd edək ki, əfsanəvi futbolçunun ailə üzvləri avqustun 16-da keçirilmiş “Neftçi” – “Şamaxı” matçına "ağ-qaralar" tərəfindən dəvət alsalar da, şəxsi işləri ilə əlaqədar stadiona gələ bilməmişdilər.

Oxşar xəbərlər

"Neftçi"nin "Palms Sports" şirkəti ilə imzaladığı müqavilədən gəliri klubun illik qazancının 30 faizini təşkil edir
"Neftçi" rəsmisi: "Sponsorluq müqaviləsinin klub üçün uğurlu olacağına inanırıq"
"Palms Sports"un baş icraçı direktoru: "Neftçi" sadəcə futbol klubu deyil, Azərbaycanın irsinin rəmzidir"
Emin Mahmudov “Neftçi”də 60-cı qolunu vurub
"Neftçi" rəsmisi Emin Mahmudova xatirə hədiyyəsi verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər