Seysmoloji Xidmət Mərkəzi Oksford Universiteti ilə paleoseysmoloji tədqiqatlar aparır
sizinxeber.az xəbər saytı

Seysmoloji Xidmət Mərkəzi Oksford Universiteti ilə paleoseysmoloji tədqiqatlar aparır


AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) Oksford Universiteti ilə paleoseysmoloji tədqiqatlar aparır.

"Sizinxeber.az" xəbər verir ki, bunu Mərkəzin baş direktoru Qurban Yetirmişli "Şəhərsalma və Memarlıq İli"nə həsr olunmuş "Seysmik təhlükənin və riskin qiymətləndirilməsində yeni yanaşmalar" mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, vaxtilə Salyan, Göyçay, Ağsu, Şamaxıda 7.5 və 7.6 bal gücündə zəlzələlər olub:

"Həmin dövrlərdə elm o qədər inkişaf etmədiyindən onların gücü ölçülə bilməyib. 1902-ci ildə baş verən zəlzələnin o vaxt 6.9 bal gücündə olduğu təxmin edilirdi. Sonrakı tədqiqatlarda isə əslində 7.4 bal gücündə olduğu müəyyənləşdi".

Oxşar xəbərlər

Azərbaycanda dağıdıcı zəlzələ ola bilər? - Açıqlama
“Azərbaycan ərazisinin seysmik təhlükə xəritəsi” təqdim edilib
Qurban Yetirmişli: Azərbaycanda ən dərin zəlzələlər Xəzər dənizində baş verir
Seysmoloji Xidmət: Yaxın zamanlarda Azərbaycanda güclü zəlzələ gözlənilmir
Seysmoloji Xidmət: Xəzərdə qeydə alınan zəlzələlərlə bağlı narahatlığa ehtiyac yoxdur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər