"Neftçi" rəsmisi: "Sponsorluq müqaviləsinin klub üçün uğurlu olacağına inanırıq"
sizinxeber.az xəbər saytı

"Neftçi" rəsmisi: "Sponsorluq müqaviləsinin klub üçün uğurlu olacağına inanırıq"


"Neftçi" üçün önəmli gündür. Bu sözləşmənin klub üçün uğurlu olacağına inanırıq.

"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin baş icraçı direktoru Cenk Sümer "Palms Sports" şirkəti ilə əməkdaşlıq müqaviləsi imzaladıqları tədbirdə deyib.

Funksioner sponsorluq müqaviləsi ilə maliyyə dayanıqlığının daha da yaxşılaşacağını bildirib:

"Bu müqaviləni imzaladığımız üçün qürur duyuruq. Hər iki tərəf üçün xeyirli olsun. "Neftçi" Futbol Mərkəzindəki işləri tez bir zamanda yekunlaşdırmaq istəyirik. Bütün futbolçularımızın yaxşı şəraitdə çalışması üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, “Neftçi” PFK ilə “International Holding Company”yə (IHC) məxsus olan “Palms Sports” arasında bu gün 5 illik sponsorluq müqaviləsi imzalanıb.

Oxşar xəbərlər

"Palms Sports"un baş icraçı direktoru: "Neftçi" sadəcə futbol klubu deyil, Azərbaycanın irsinin rəmzidir"
Emin Əmrullayev: "Sponsorluq müqaviləsi "Neftçi"nin strateji inkişafı üçün önəmlidir"
"Neftçi Arena"nın və klubun Futbol Mərkəzinin adı dəyişdirilir 
Braziliyalı futbolçu müqaviləsinin müddətinin uzadılması üçün "Neftçi"dən təklif gözləyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər