Emin Mahmudov “Neftçi”də 60-cı qolunu vurub
sizinxeber.az xəbər saytı

Emin Mahmudov “Neftçi”də 60-cı qolunu vurub


Emin Mahmudov “Neftçi”də 60-cı qolunu vurub.

"Report" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XXXIII turuna təsadüf edib.

O, “Kəpəz”lə görüşdə (2:2) Bakı klubunu məğlubiyyətdən xilas edən qolun müəllifi olub.

E.Mahmudov “Neftçi”də keçirdiyi 252-ci qarşılaşmada 60-cı qoluna sevinib. O, Premyer Liqada 44, Azərbaycan Kubokunda 7, avrokuboklarda 9 dəfə fərqlənib.

Yarımmüdafiəçi “Neftçi”nin tarixi ərzində 60 və daha çox qol vuran 15-ci futbolçudur. O, klub tarixinin bombardirləri siyahısında 60 qol vuran Kazbek Tuayevə çatıb.

Qeyd edək ki, “Neftçi” tarixinin ən məhsuldar futbolçusu Samir Ələkbərovdur – 142 qol. Anatoli Banişevski 136, Yunis Hüseynov 103 dəfə fərqlənib.

Oxşar xəbərlər

Emin Mahmudov “Neftçi”də 250-ci oyununu keçirib
“Neftçi”nin futbolçusu Azərbaycan çempionatlarında 60-cı qolunu vurub
“Neftçi”nin futbolçusu Azərbaycan çempionatlarında 40-cı qolunu vurub
Emin Mahmudov "Neftçi"nin tarixinə düşüb
“Neftçi” Azərbaycan çempionatlarında 1600-cü qolunu vurub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər