Azərbaycan çempionatının 33 mövsümündə ən çox oyun keçirən 33 futbolçu açıqlanıb
Azərbaycan çempionatlarında ən çox oyun keçirmiş futbolçular açıqlanıb.
"Sizinxeber.az" xəbər verir ki, siyahını Peşəkar Futbol Liqası tərtib edib.
Sayca 34-cü Azərbaycan çempionatına qədər baş tutan 33 mövsümdə ən çox oyun keçirən futbolçu Rahid Əmirquliyevdir. Ötən mövsüm II Liqada çıxış edən “Şahdağ Qusar”ın formasını geyinən yarımmüdafiəçi Premyer Liqada 451 matça çıxıb.
Onun kimi Mahmud Qurbanov da “400” səddini keçib. O, 421 oyunda iştirak edib.
İlk “üçlüy”ü Rəşad Sadiqov qapayır. Onun hesabında 392 görüş var.
Ötən mövsüm Premyer Liqada meydana çıxanlar arasında rekordçu Qara Qarayevdir. “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Əmirquliyevin rekordundan 100 oyun geri qalır. “Qəbələ” ilə Premyer Liqaya yüksələn Asif Məmmədov ümumi siyahıda 4-cü yerə şərikdir.
33 mövsümdə ən çox oyun keçirən 33 futbolçu
| 1 | Rahid Əmirquliyev | 451 |
| 2 | Mahmud Qurbanov | 421 |
| 3 | Rəşad Sadiqov | 392 |
| 4-5 | Asif Məmmədov | 388 |
| Azər Məmmədov | 388 | |
| 6 | Aslan Kərimov | 382 |
| 7 | Rəşad Abdullayev | 378 |
| 8-9 | Elvin Məmmədov | 376 |
| Maksim Medvedev | 376 | |
| 10 | Vurğun Hüseynov | 368 |
| 11 | Aqil Məmmədov | 363 |
| 12-13 | İsmayıl Məmmədov | 351 |
| Qara Qarayev | 351 | |
| 14 | Rəşad Sadıqov | 343 |
| 15 | İlkin Qırtımov | 339 |
| 16 | Elnur Abdullayev | 334 |
| 17 | Vüqar Nadirov | 332 |
| 18 | Urfan Abbasov | 329 |
| 19 | Rail Məlikov | 328 |
| 20 | Kənan Kərimov | 327 |
| 21 | Tural Axundov | 324 |
| 22 | Slavik Alxasov | 319 |
| 23 | Nadir Nəbiyev | 316 |
| 24 | Rauf Əliyev | 315 |
| 25 | Mübariz Orucov | 311 |
| 26 | Müşfiq Hüseynov | 305 |
| 27 | Ədəhim Niftəliyev | 303 |
| 28-30 | Arif Daşdəmirov | 302 |
| Kamal Quliyev | 302 | |
| Rəhman Hacıyev | 302 | |
| 31 | Mehman Yunusov | 298 |
| 32 | Viktor İqbekoyi | 294 |
| 33 | Aleksandr Çertoqanov | 293 |
Qeyd edək ki, Misli Premyer Liqasında yeni mövsümə avqustun 15-də start veriləcək.
Oxşar xəbərlər
Qara Qarayev Azərbaycan çempionatlarında 350-ci oyununu keçirib
Qara Qarayev: "Azərbaycan futboluna layiq olmağa çalışmışam"
"Araz-Naxçıvan"ın futbolçusu 300-cü oyununu keçirib
“Araz-Naxçıvan”ın futbolçusu: Oyun sayına görə Azərbaycanda ən azı ilk “5-lik”də yer almaq istərdim
“Zirə” – “Araz-Naxçıvan” matçı iki futbolçu üçün yubileylə əlamətdar olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Azərbaycanda bu şəxslərin İŞ SAATI AZALDILIR? - AÇIQLAMA
-
Rəvan Həsənov: Qarabağda şəhərlər müasirlik və müxtəlifliyi birləşdirərək yenidən qurulur
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Mərakeşdə binanın çökməsi nəticəsində 11 nəfər həlak olub
