“Zirə” – “Araz-Naxçıvan” matçı iki futbolçu üçün yubileylə əlamətdar olub
Misli Premyer Liqasında XIX turun “Zirə” – “Araz-Naxçıvan” matçı iki futbolçu üçün yubileylə əlamətdar olub.
"Report" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, meydan sahiblərinin kapitanı Qismət Alıyev 200-cü, qonaqların müdafiəçisi Bəxtiyar Həsənalızadə 250-ci oyununa çıxıb.
Premyer Liqada 2014/2015 mövsümündə debüt edən Qismət ümumilikdə 11 qola imza atıb. İki klubda oynayan 28 yaşlı müdafiəçi “Qəbələ”də 70 matçda 1, “Zirə”də 130 görüşdə 10 dəfə fərqlənib.
Bəxtiyarın hesabında 7 qol var. 32 yaşlı müdafiəçi 2011/2012 mövsümündə “Sumqayıt” forması ilə Premyer Liqada debüt edib. O, ilk komandasında 158 (4 qol), “Zirə”də 23, “Sabah”da 52 (2 qol), “Araz-Naxçıvan”da 17 (1 qol) oyun keçirib.
Oxşar xəbərlər
"Araz-Naxçıvan"ın futbolçusu 300-cü oyununu keçirib
“Araz-Naxçıvan”ın futbolçusu Azərbaycan çempionatlarında 300-cü oyununu keçirib
Premyer Liqada "Neftçi" "Araz Naxçıvan"a məğlub olub
Azərbaycan Premyer Liqasında "Araz-Naxçıvan" "Zirə" ilə heç-heçə edib
Premyer Liqa: "Zirə" "Araz-Naxçıvan"a məğlub olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda bu şəxslərin İŞ SAATI AZALDILIR? - AÇIQLAMA
-
Rəvan Həsənov: Qarabağda şəhərlər müasirlik və müxtəlifliyi birləşdirərək yenidən qurulur
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Torpağına "kupça" ala bilməyənlərə VACİB XƏBƏR: Çıxış yolu AÇIQLANDI
-
Mərakeşdə binanın çökməsi nəticəsində 11 nəfər həlak olub
