Azərbaycanın futbol komandası Bolqarıstanda beynəlxaq turnirin qalibi olub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
in
2025
15:00

Azərbaycanın futbol komandası Bolqarıstanda beynəlxaq turnirin qalibi olub

24 in, 2025
15:00
830

Azərbaycanın futbol komandası Bolqarıstanda beynəlxaq turnirin qalibi olub

Azərbaycanın “Ulduz” Futbol Akademiyasının 11 yaşlılardan ibarət komandası Bolqarıstanın Albena şəhərində “Golden Sands Cup 2025” beynəlxalq turnirində bütün rəqiblərinə qalib gələrək birinci yeri tutub.

"Report" xəbər verir ki, Azərbaycan təmilçisi Bolqarıstan, Moldova, Rumıniya və Ukraynadan 12 komandanın mübarizə apardığı yarışın qrup mərhələsində “Kids”ə (Moldova) 3:0, “CFR Timişoara”ya (Rumıniya) 9:0 və “Champion”a (Ukrayna) 12:1 hesabı ilə qalib gələrək yarımfinala qrup birincisi kimi vəsiqə qazanıb.

"Ulduz" yarımfinalda Moldova “Juppiter”ini (6:3), finalda isə ev sahibi “Çerno More”ni (1:0) məğlub edib.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin təşəbbüsü və dəstəyi ilə 8 yaşdan 15 yaşadək istedadlı uşaqları heyətə cəlb edərək yaradılmış “Ulduz” FA qısa müddətdə ölkə çempionatında uğurlu çıxışı ilə fərqlənir. Nazirlik artıq 4 ildir ki, ölkədə aşağı yaş qrupları üzrə beynəlxalq futbol turnirləri təşkil edir. “Qol-15” Bakıda, “Ulduz Cup” isə Quba şəhərində keçirilib.

Bu yaxınlarda Qubada növbəti dəfə keçiriləcək “Ulduz Cup” beynəlxalq turnirində ölkəmizin “Ulduz” FA və “Qarabağ”, eləcə də Türkiyənin “Trabzonspor Scholl”, Özbəkistanın “Paxtakor”, Gürcüstanın “Dinamo” (Tbilisi), Küveytin “Grand” FA, Qırğızıstanın “Sdushorhsı, Qazaxıstanın “Şaxtyor” FK (Karaqanda) və Qətərin “Aspire Academy” komandaları mübarizə aparacaqlar.

Bizimlə əlaqə saxlayın