Futbol üzrə San-Marino millisi tarixində ilk səfərdə qələbə qazanıb
sizinxeber.az xəbər saytı

Futbol üzrə San-Marino millisi tarixində ilk səfərdə qələbə qazanıb


Futbol üzrə San-Marino millisi tarixində ilk dəfə səfərdə qalib gəlib.

“Sizinxeber.az” xəbər verir ki, San Marino komandasının Lixtenşteynlə qarşılaşması 3:1 hesabı ilə bitib.

Bundan başqa San Marino ilk dəfə bir oyunda üç qol vuraraq tarixində debüt səfər qələbəsini qazanıb.

4 oyunda 7 xal toplayan komanda D Liqasının 1-ci qrupunda birinci yeri tutub və növbəti Millətlər Liqasında C Liqasında çıxış edəcək.

İkinci yeri Cəbəllütariq komandası (6 xal), üçüncü yeri Lixtenşteyn komandası (2) tutub.

San Marino millisi Beynəlxalq Futbol Federasiyasının reytinq cədvəlində sonuncu, 210-cu yerdədir. Lixtenşteyn komandası ilə ilk tur matçında (1:0) komanda 2004-cü ildən sonra ilk qələbəsini qazanıb.

Qeyd edək ki, UEFA Millətlər Liqasında VI turun növbəti oyunları keçirilib. İkinci oyun günündə 9 qarşılaşma reallaşıb.

UEFA Millətlər Liqası, VI tur

A Liqası

I qrup

Xorvatiya 1:1 Portuqaliya

Polşa 1:2 Şotlandiya

IV qrup

İspaniya 3:2 İsveçrə

Serbiya 0:0 Danimarka

C Liqası

II qrup

Kosovo 1:0 Litva

Rumıniya 4:1 Kipr

III qrup

Bolqarıstan 1:1 Belarus

Lüksemburq 2:2 Şimali İrlandiya

D Liqası

I qrup

Lixtenşteyn 1:3 San-Marino

Oxşar xəbərlər

San-Marino yığması 20 ildən sonra qələbə qazanıb
UEFA Millətlər Liqası: Bu gün daha 9 oyun keçiriləcək
Millətlər Liqası: IV tura 8 oyunla start verilib
UEFA Millətlər Liqası: Portuqaliya və Şimali İrlandiyadan əzmkar qələbə
UEFA Millətlər Liqası: VI tura bu gün start veriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər