Dövlət qurumları arasında basketbol üzrə respublika birincilyinin qalibi məlum olub
Gənclər və İdman Nazirliyinin açıq hava idman bazasında Gənclər və İdman Nazirliyi, Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında 3x3 basketbol növü üzrə respublika birincilyi keçirilib.
Fövqəladə Hallar Nazirliyindən “Report”a bildirilib ki, yarışda 15 dövlət qurumunun komandası mübarizə apararaq öz qüvvələrini sınayıb.
Çempionatda ikinci dəfə iştirak edən Fövqəladə Hallar Nazirliyinin kişilərdən ibarət basketbol komandası gərgin mübarizə şəraitində keçən yarışları qalib olaraq başa vurub.
Belə ki, 5 oyun keçirən FHN-in komandası yarışın yarımfinal mərhələsində Azərbaycan Hava Yolları komandasını 9:4 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. Final görüşündə isə Dövlət Gömrük Komitəsinin komandası ilə qarşılaşan komanda rəqibə 12:9 hesabı ilə qalib gələrək çempion adını qazanıb.
Qaliblərə Gənclər və İdman Nazirliyinin diplom və medalları təqdim olunub.
Oxşar xəbərlər
Fövqəladə Hallar Nazirliyinin atletika komandası yüksək nəticə göstərib [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN-in atletika komandası yüksək nəticə göstərib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gənclər və İdman Nazirliyi olimpiya növləri üzrə milli komanda üzvlərinin reytinqini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gənclər və İdman Nazirliyi müxtəlif nominasiyalar üzrə ilin ən yaxşılarını açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN-in İdman-sağlamlıq klubunun əməkdaşı dünya çempionatda gümüş medal qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












