Azərbaycanın stolüstü tennisçisi Fransada beynəlxalq turnirin qalibi olub
Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə daha bir beynəlxalq turnirdə etimadı doğruldub.
Federasiyanın mətbuat xidmətindən "Sizinxeber.az"a verilən məlumata görə, qitənin ən istedadlı idmançılarından sayılan Onur Fransanın Mets şəhərində keçirilən “WTT Youth Contender” turnirində qızıl medal qazanıb.
O, məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə qatıldığı yarışın ilk mərhələsində ardıcıl olaraq iki Fransa, Ukrayna və Monqolustan idmançılarına qalib gələrək qrup lideri kimi pley-offa yüksəlib. 1/4 final və yarımfinalda fransalı rəqiblərini mübarizədən kənarlaşdıran stolüstü tennisçimiz finalda İspaniya idmançısına da qalib gələrək “WTT Youth Contender” turnirinin baş mükafatını qazanıb.
Xatırladaq ki, Onur Quluzadə aprelin 24-də Belçikanın Spa şəhərində təşkil olunan anoloji yarışda 3-cü yeri tutmuşdu.
Oxşar xəbərlər
Azərbaycanın daha bir taekvondoçusu BƏƏ-də medal qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın 9 boksçusu beynəlxalq turnirin finalına yüksəlib, 13-ü bürünc medal qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident kuboku: Azərbaycan taekvondoçuları daha 1 medal qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan boksçusu lisenziya turnirində ikinci qələbəsini qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












