sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
“Prezident Kuboku-2025” beynəlxalq reqatası çərçivəsində Füzuli sakinləri üçün xüsusi tədbir keçiriləcək
Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş “Prezident Kuboku-2025” beynəlxalq reqatası çərçivəsində Füzuli sakinləri üçün xüsusi tədbir keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Əyləncəli proqram çərçivəsində peşəkar avarçəkənlərin nümunəvi çıxışları, uşaq və yeniyetmələr üçün viktorinalar təşkil olunacaq. Həmçinin sakinlərə avarçəkmə qayıqları və trenajorlarda özünü sınamaq imkanı yaradılacaq.
Qeyd edək ki, proqram aprelin 28-də Köndələnçay su anbarında təşkil olunacaq.
Oxşar xəbərlər
"Mingəçevir Reqatası-2024"ün proqramı açıqlanıb, yarış ilk dəfə Füzulidə də təşkil olunacaq
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Akademik avarçəkmə, kayak və kanoe üzrə Azərbaycan çempionatı keçiriləcək
“Mingəçevir Reqatası-2024” öncəsi Füzulidə yerli sakinlərlə görüş baş tutub
Bu gün “Mingəçevir reqatası-2024”ə start veriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













