"Mingəçevir Reqatası-2024"ün proqramı açıqlanıb, yarış ilk dəfə Füzulidə də təşkil olunacaq
16-18 sentyabr aralığında keçiriləcək avarçəkmə üzrə “Mingəçevir Reqatası-2024” beynəlxalq turnirinin proqramı və iştirakçı ölkələri bəlli olub.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbuat xidmətindən "Sizinxeber.az"a verilən məlumata görə, yarışda 12 ölkədən 100-dək idmançı mübarizə aparacaq.
Turnirə Azərbaycan təmsilçiləri ilə yanaşı Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan olan idmançılar da qatılacaqlar.
Ənənəvi reqata ilk dəfə işğaldan azad olunmuş Füzulidə - Aşağı Köndələnçay su anbarında təşkil ediləcək.
Yarışlara 16 oktyabrda Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində start veriləcək. Füzuli şəhərinin işğaldan azad olunması günü ilə əlaqədar 17 oktyabrda Füzulidə Aşağı Köndələnçay su anbarında reqatanın rəsmi açılış mərasimi baş tutacaq.
18 oktyabrda Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində final yarışları və bağlanış mərasimi keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası buna qədər işğaldan azad olunmuş ərazilərimizdən Suqovuşanda ilk dəfə geniştərkibli idman tədbiri, həmçinin “Prezident Kuboku” və “Mingəçevir Reqatası” beynəlxalq turnirlərini təşkil edib.
Oxşar xəbərlər
Akademik avarçəkmə, kayak və kanoe üzrə Azərbaycan çempionatı keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avarçəkmə üzrə açıq Bakı çempionatı keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət qurumları arasında avarçəkmə yarışı keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avarçəkmə üzrə Azərbaycan çempionatına yekun vurulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mingəçevir su anbarında 35 yaşlı kişi boğularaq ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












