“Mingəçevir Reqatası-2024” öncəsi Füzulidə yerli sakinlərlə görüş baş tutub
sizinxeber.az xəbər saytı

“Mingəçevir Reqatası-2024” öncəsi Füzulidə yerli sakinlərlə görüş baş tutub


Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) 12 ölkədən 100-dək avarçəkənin iştirakı ilə Qarabağda - ilk dəfə Füzulidə təşkil olunacaq beynəlxalq “Mingəçevir Reqatası-2024” öncəsi Füzulidə yeni salınan şəhərcikdə yerli sakinlərlə görüş keçirib.

"Report"un Mingəçevirə ezam olunan əməkdaşının verdiyi məlumata görə, tədbir zamanı xüsusi ayrılmış ərazidə federasiyanın son illərdəki fəaliyyəti və “Mingəçevir Reqatası” haqqında sakinlərə məlumat verilib.

Qeyd olunub ki, AKAF buna qədər işğaldan azad olunmuş ərazilərimizdən Suqovuşanda “Prezident Kuboku” və “Mingəçevir Reqatası” kimi beynəlxalq yarışlar keçirib. Federasiya daha bir ilkə imza ataraq “Mingəçevir Reqatası-2024”ün açılış mərasimini Füzulinin işğaldan azad olunması günündə, oktyabrın 17-də Aşağı Köndələnçay su anbarında təşkil edəcək. Yaxın gələcəkdə su anbarında avarçəkmə məşqlərinin keçirilməsi üçün də şərait yaradılacaq.

Tədbir zamanı “Mingəçevir Reqatası-2024” beynəlxalq turnirinin açılış mərasimindən sonra Aşağı Köndələnçay su anbarında avarçəkmə idman növündə özünü sınamaq istəyən yeniyetmə və gənclər arasında qeydiyyat aparılıb. Görüş yerli sakinlər tərəfindən böyük maraqla qarşılanıb.

Oxşar xəbərlər

"Mingəçevir Reqatası-2024"ün proqramı açıqlanıb, yarış ilk dəfə Füzulidə də təşkil olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Akademik avarçəkmə, kayak və kanoe üzrə Azərbaycan çempionatı keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan idmançısı “Bratislava Reqatası”nda bürünc medal qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Mingəçevir reqatası-2024” öncəsi iştirakçı komandaların rəhbərləri və hakimlər kollegiyasının iclası keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mingəçevir su anbarında 35 yaşlı kişi boğularaq ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər