Akademik avarçəkmə, kayak və kanoe üzrə Azərbaycan çempionatı keçiriləcək
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə sentyabrın 3-4-də akademik avarçəkmə, kayak və kanoe üzrə Azərbaycan çempionatı keçiriləcək.
AKAF-dan "Sizinxeber.az"a verilən məlumata görə, Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq yarışda Bakı və Mingəçevirdən olan 100-dən artıq idmançı mübarizə aparacaq.
Ölkə çempionatında avarçəkənlər kayak və kanoe növlərində 1 və 2 nəfərlik qayıqlarda 200, 500 və 1000 metr məsafədə çıxış edəcəklər. Akademik avarçəkmədə isə iştirakçılar 1, 2 və 4 nəfərlik qayıqlarda 1000 və 1500 metr məsafədə güclərini sınayacaqlar.
Qeyd edək ki, Azərbaycan çempionatı oktyabrda baş tutacaq ənənəvi “Mingəçevir Reqatası-2024” beynəlxalq turnirinə hazırlıq və seçim xarakteri daşıyır.
Oxşar xəbərlər
Avarçəkmə üzrə açıq Bakı çempionatı keçiriləcək
Azərbaycan avarçəkənləri dünya çempionatında iştirak edəcəklər
Avarçəkmə üzrə açıq Bakı çempionatı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Günəşdə güclü partlayış oldu
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
