Sizinxeber.az » İdman » Futbol » "Kəpəz"in yeni transferi: "Azarkeşlərimiz üçün ən yaxşısını etməyə çalışacağam"

"Kəpəz"in yeni transferi: "Azarkeşlərimiz üçün ən yaxşısını etməyə çalışacağam"

Azarkeşlərimiz üçün ən yaxşısını etməyə çalışacağam.

"Sizinxeber.az" xəbər verir ki, bunu "Kəpəz"in yeni transferi Rati Ardazişvili klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, Gəncəyə gəldiyi müddətdən qonaqpərvərlik gördüyünü bildirib:

“Gəncəni belə görmək məni sevindirir. Doğru yerə gəldiyimi hiss etdim. Mənə göstərilən münasibətlə yanaşı şəraitdən də razı olduğumu deyə bilərəm. Klubun müasir bazası, məşq meydançaları var. Yeni stadion tikilir, işləri yaxınlıqdan görə bilirik. Əsas məqsədim üzərimə düşən bəslənən etimadı doğrultmaqdır. Burada oynamaq mənim üçün rahatdır. Klubuma inandığım üçün Gəncəyə gəldim”.

Gürcüstanlı futbolçu komandanın vəziyyəti ilə bağlı danışarkən qış fasiləsindən sonra durumun dəyişəcəyinə inandığını söyləyib: “Heyətimiz üzərinə düşəni edə biləcək gücdədir. Qısa vaxtda burada olmağıma baxmayaraq ab-havadan deyə bilərəm ki, komandamız elitada qalmağa fokuslanıb. Biz bir komandayıq, ailəyik, hər şeyi birlikdə etməliyik. Birgə vəziyyəti dəyişə biləcəyik. “Kəpəz”in böyük azarkeş qüvvəsi var. Sosial şəbəkələrdə yazırlar, dəstək olurlar. Onlar üçün meydanda ən yaxşısını etməyə çalışacağıq”.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !