Lamiyə Vəliyeva: "Qazaxıstandakı nəticə ilə kifayətlənmirəm, çünki daha yaxşısına qadirəm"
sizinxeber.az xəbər saytı

Lamiyə Vəliyeva: "Qazaxıstandakı nəticə ilə kifayətlənmirəm, çünki daha yaxşısına qadirəm"


Ancaq bu nəticə ilə kifayətlənmirəm, çünki daha yaxşısına qadir olduğumu bilirəm.

Bunu "Report"a açıqlamasında Azərbaycan atleti Lamiyə Vəliyeva deyib.

O, Qazaxıstanın Öskemen (Ust-Kamenoqorsk) şəhərində Olimpiya çempionu Olqa Rıpakova mükafatı uğrunda keçirilən beynəlxalq turnirdə qızıl medal qazanması ilə bağlı danışıb.

"400 metr məsafəyə yarışda 55.78 saniyə nəticə ilə Azərbaycan rekordunu yeniləmək mənim üçün qürurverici anlardan biri idi. Ancaq bu nəticə ilə kifayətlənmirəm, çünki daha yaxşısına qadir olduğumu bilirəm. Hədəfim bu zamanı daha da yaxşılaşdırmaq və beynəlxalq arenada daha güclü çıxış etməkdir".

L.Vəliyeva 4x200 metr məsafəyə qarışıq estafetdə komandasının birinci yeri tutması ilə bağlı da danışıb:

"Öskemendə keçirilən beynəlxalq yarış mənim üçün çox vacib və dəyərli təcrübə oldu. 4x200 metr məsafəyə qarışıq estafetdə 1:31.80 nəticə ilə birinci yer tutmaq komandamızın gücünü və birlikdə uğur qazanmaq bacarığımızı göstərdi. Bu qələbə komanda növündəki bacarığımı və məsuliyyətimi necə yerinə yetirdiyimi də ortaya qoydu. Yarış boyunca maksimum sürət və düzgün taktika nümayiş etdirməyə çalışdım ki, komandamıza ən yaxşı nəticəni qazandıraq".

Qeyd edək ki, L.Vəliyevanın heyətində yer aldığı komanda Olimpiya çempionu Olqa Rıpakova mükafatı uğrunda keçirilən beynəlxalq turnirdə 1.31.80 nəticə ilə 1-ci yeri tutub.

Oxşar xəbərlər

Lamiyə Vəliyeva: "Şöhrət" ordeni mənim üçün gözlənilməz oldu
Paris-2024: Lamiyə Vəliyeva paralimpiya çempionu olub
Lamiyə Vəliyeva: Medalımı Azərbaycan xalqına həsr edirəm
Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb
Paris-2024: Lamiyə Vəliyeva bu gün növbəti sınağına çıxacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər