Sizinxeber.az » İdman » Fərdi » Azərbaycanın daha 4 güləş hakimi beynəlxalq dərəcə almağa namizəddir

Azərbaycanın daha 4 güləş hakimi beynəlxalq dərəcə almağa namizəddir

Azərbaycanın daha 4 güləş hakimi beynəlxalq dərəcə almağa namizəddir.

Bunu “Report”a açıqlamasında Azərbaycan Güləş Federasiyasının (AGF) Hakimlər Kollegiyasının sədri Qərib Əliyev hakimlərin daha yuxarı kateqoriyaya keçməsi ilə bağlı danışarkən bildirib.

Mütəxəssis regionlarda da hakimlərin sayını artırmağa çalışdıqlarını söyləyib:

“Azərbaycan Güləş Federasiyasının beynəlxalq dərəcəli 25 hakimi var. Onlardan ikisi - Asif Şirəliyev və Sədi Quliyev olimpiya kateqoriyasına malikdirlər. Bu il Qədim Qurbanov, Elxan Həmidzadə və Samir Fəttayev beynəlxalq dərəcə aldılar. Bir məqamı da qeyd edim ki, bu hakimlər Azərbaycanın bölgələrindəndirlər. Çalışırıq ki, bölgələrdə belə hakimlərimizin sayı çox olsun, regionlarda keçirilən daxili yarışları idarə edə bilsinlər. Bundan başqa, Eldar Məmmədov və Kamran Baxışov III dərəcədən II dərəcəyə yüksəldilər. Daha 4 hakim var ki, beynəlxalq dərəcə almağa namizəddirlər. Son zamanlar hakimlərin seminarları ilə əlaqədar Dünya Güləş Birliyi az yarış keçirir. Bu il daha bir hakimimizin olimpiya kateqoriyası almasına çalışırıq. Dünya Güləş Birliyi bununla bağlı imtahan keçirir. Biz hakimlərin yarışlarda iştirakını təmin edirik, qalanı özlərindən asılıdır. Hər daxili yarışdan öncə onlara seminar keçir, səhvlərini izah edirik. Çalışırıq ki, hakimlik yüksək səviyyədə olsun”.

O, son vaxtlar nüfuzlu yarışlarda Azərbaycanın iki hakimlə təmsil olunduğunu vurğulayıb:

“Güləş Federasiyası hakimlərə hər cür şərait yaradıb. Son zamanlar Avropa və dünya çempionatlarında artıq iki hakimlə təmsil olunuruq. Bu da onların təcrübə toplamaları üçün yaxşıdır. Son vaxtlar müsbət fərqlər var”.

Qeyd edək ki, bu il daha iki güləş hakimi - Eldar Məmmədov və Kamran Baxışov III dərəcədən II dərəcəyə yüksəliblər. Milli dərəcəli hakim Qədim Qurbanov isə beynəlxalq referi statusuna yiyələnərək III dərəcəyə sahib çıxıb.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !