Azərbaycan güləş hakimlərinin beynəlxalq dərəcəsi yüksəlib
sizinxeber.az xəbər saytı

Azərbaycan güləş hakimlərinin beynəlxalq dərəcəsi yüksəlib


Azərbaycan güləş hakimlərindən daha üçü ötən il iştirak etdiyi yarışların və imtahanların nəticəsinə əsasən yuxarı kateqoriyaya keçib.

"Sizinxeber.az" xəbər verir ki, Dünya Güləş Birliyinin (UWW) beynəlxalq dərəcəli hakimlərin siyahısını yeniləməsindən sonra Eldar Məmmədov və Kamran Baxışov III dərəcədən II dərəcəyə yüksəlib.

Buna qədər milli dərəcəli hakim olan Qədim Qurbanov isə beynəlxalq referi statusuna yiyələnərək III dərəcəyə sahib çıxıb.

Qeyd edək ki, hazırda Azərbaycanın güləş üzrə 25 ədalət təmsilçisi beynəlxalq kateqoriya daşıyır.

Oxşar xəbərlər

Hakim Elçin Məsiyev FIFA-da I kateqoriyaya yüksəlib
Güləş üzrə U-15 Azərbaycan çempionatı keçiriləcək
Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 4 medal qazanıblar
Mikayıl Cabbarov Dünya Güləş Birliyinin prezidenti ilə görüşüb
Azərbaycan yığmasının baş məşqçisi Dünya Güləş Birliyinin təlimatçısı seçilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər