Paris-2024: Azərbaycanın iki paralimpiyaçısı mübarizə aparacaq
Bu gün Azərbaycanın iki təmsilçisi Paris-2024 Yay Paralimpiya Oyunlarında mübarizə aparacaq.
"Report"un məlumatına görə, T12 kateqoriyasında yer alan Səid Nəcəfzadə uzunluğa tullanma növündə çıxış edəcək.
Bu yarışa Bakı vaxtı ilə 12:00-da start veriləcək.
Ardınca paraüzgüçü Raman Saley uğur qazanmağa çalışacaq. O, 50 metr məsafəyə sərbəst üsulla üzməkdə bacarığını göstərəcək. Təsnifat mərhələsi saat 12:45-də başlayacaq.
Qeyd edək ki, hazırda Azərbaycanın hesabında 1 qızıl, 1 gümüş və 1 bürünc medal var. Raman Saley 100 metr məsafəyə arxasıüstə üzməkdə gümüş mükafat əldə edib. Daha əvvəl isə Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (70 kq) qızıl, Sabir Zeynalov (58 kq) bürünc medala sahib çıxıb.
Oxşar xəbərlər
Paris-2024: Bu gün Azərbaycanın 4 paralimpiyaçısı mübarizə aparacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan medal sıralamasında 31-ci pillədə qərarlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Bu gün 4 paralimpiyaçımız mübarizə aparacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Bu gün Azərbaycanın 3 paralimpiyaçısı çıxış edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Bu gün Azərbaycanın 3 paralimpiyaçısı mübarizəyə başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












