Paris-2024: Bu gün Azərbaycanın 3 paralimpiyaçısı çıxış edəcək
Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında bu gün Azərbaycanın 3 idmançısı çıxış edəcək.
"Sizinxeber.az" xəbər verir ki, parataekvondoçu İmaməddin Xəlilov (K-44, 70 kq) 1/4 finalda yarışacaq.
O, Kot d'İvuar və Kuba idmançılarının görüşünün qalibi ilə üz-üzə gələcək. 1/4 final döyüşü Bakı vaxtı ilə saat 14:35-də başlayacaq.
Təsnifat mərhələsindən mübarizəyə başlayacaq Kamran Zeynalov (P1 kateqoriyası) isə 10 metr məsafəyə atəşaçmada iştirak edəcək. Bu mərhələyə Bakı vaxtı ilə 13:15-də start veriləcək. Paraatıcılıq üzrə final görüşləri 16:00-da başlayacaq.
Paraatlet Oloxan Musayev F55 kateqoriyası üzrə nüvəitələmədə mübarizə aparacaq. Bu yarışa Bakı vaxtı ilə saat 21:05-də start veriləcək.
Qeyd edək ki, Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (K-44, 58 kq) ötən gün bürünc medal qazanıb. Paralimpiada sentyabrın 8-də başa çatacaq.
Oxşar xəbərlər
Paris-2024: Bu gün Azərbaycanın 3 paralimpiyaçısı mübarizəyə başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Bu gün Azərbaycanın iki idmançısı medal uğrunda yarışacaq, ikisi isə mübarizəyə start verəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu gün Paris-2024 Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Parisdə Yay Paralimpiya Oyunlarının açılış mərasimi baş tutub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycanın iki sərbəst güləşçisi mübarizəyə başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












