

Azərbaycan yığmasının baş məşqçisi: “Monteneqro ilə oyunda qələbəyə layiq idik”
Monteneqro ilə oyunda qələbəyə layiq idik.
Bunu “Report”a açıqlamasında Azərbaycanın U-18 yığmasının baş məşqçisi Füzuli Məmmədov səfərdə Monteneqro ilə keçirdikləri yoldaşlıq matçları haqqında danışarkən deyib.
Mütəxəssis Podqoritsadakı təlim-məşq toplanışını dəyərləndirib:
“Toplanışa 25 futbolçu dəvət etmişdik, aralarında əvvəl yığmaya çağırılanlar da var idi. Yeni futbolçular seçmişdik və onları beynəlxalq oyunlarda sınamaq istəyirdik. Bunun üçün imkanımız da oldu. Monteneqro ilə səfərdə keçirdiyimiz ilk oyun çətin alındı. Səhvlər etdik və rəqib bundan yararlanıb qol vurdu. Ancaq xoş məqamlar da var idi. Futbolçuların istəyi görünürdü, verdiyimiz tapşırıqları yerinə yetirməyə çalışırdılar. Meydanın keyfiyyətsiz olmasına baxmayaraq, bütün bacarıqlarını ortaya qoydular”.
F.Məmmədov komandanın ikinci oyunda daha yaxşı çıxış etdiyini vurğulayıb:
“İkinci matçı fərqli meydanda keçirdik. Bu səbəbdən komanda rahat oynadı. Rəqib əsasən uzun ötürmələr hesabına oyun qururdu. Biz isə qısa ötürmələrə üstünlük verirdik. İkinci görüşdə də futbolçular əzmkarlıq göstərdilər. Qələbəyə layiq idik. Birinci oyunda isə ən azı heç-heçə edə bilərdik. İki qol vurduq. Bir neçə qol imkanı da yaratdıq. Futbolçular inamlı idi, qələbə istəkləri hiss edilirdi. Yeni oyunçuları beynəlxalq oyunlarda sınamaq mənim üçün çox xoş oldu. Toplanışı effektli və qənaətbəxş hesab edirəm”.
Qeyd edək ki, U-18 millisi Monteneqronun paytaxtında keçirilən təlim-məşq toplanışında yerli komanda ilə iki yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Qarşılşamaların birində rəqib (2:0), digərində isə Azərbaycan yığması qələbə qazanıb - 2:1.
Oxşar xəbərlər
"Malmö"nün baş məşqçisi: "Qarabağ"la oyunda çox çətinlik çəkdik"
Azərbaycanın U-18 millisinin baş məşqçisi: Komanda bir çox rəqiblərlə başabaş oynaya bilər
Azərbaycan millisinin baş məşqçisi: İspaniyada oynayan futbolçuları toplanışa dəvət edə bilmədik
Azərbaycan millisinin baş məşqçisi Türkiyəyə qarşı oyunları dəyərləndirib
"Neftçi"nin futbolçuları Sent Martin və Monteneqro millilərinə dəvət alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
