Azərbaycan millisinin baş məşqçisi: "Yığmanın heyətində özünü yaxşı tərəfdən göstərən futbolçular oldu"
Azərbaycanın qadınlardan ibarət millisinin baş məşqçisi Siyasət Əsgərov Belarusa qarşı keçirilən yoxlama görüşünü dəyərləndirib.
"Sizinxeber.az" xəbər verir ki, mütəxəssis bu barədə AFFA-nın mətbuat xidmətinə açıqlama verib.
O, məğlubiyyətin əsas səbəblərindən biri kimi 5 futbolçunun zədəli olmasını göstərib:
"Bizdə elə mövqelər var ki, orada çıxış edən oyunçu zədə aldıqda bunun çətinliyini yaşayırıq. Digər səbəb bir çox futbolçumuzun çıxış etdiyi Türkiyə çempionatında mövsümün bir müddət əvvəl başa çatmasıdır. Oradan gələn qızlar bu müddətdə fərdi məşqlərlə kifayətləniblər. Belarus yığması isə yüksək keyfiyyətə malik komandadır, əksər oyunçuları Rusiyanın yüksək liqasında çıxış edir. Həm Rusiyada, həm də Belarusda çempionat davam edir. Bu məqamlar oyuna və nəticəyə təsirsiz ötüşməyə bilməzdi”.
Siyasət Əsgərov heyətə yeni cəlb edilən futbolçuların durumundan razı qalıb:
“Zədəlilərin yerinə milliyə yeni gənc futbolçular dəvət etdik. Bəziləri ilk dəfə idi ki, millinin heyətində çıxış edirdilər. Özünü yaxşı tərəfdən göstərənlər oldu. Onları gələcəkdə komandaya qazandıra bilərik”.
Baş məşqçi Belarus yığması ilə iyulun 1-də Minskdə keçiriləcək ikinci yoldaşlıq görüşü barədə də təəssüratlarını bölüşüb:
“İlk matçı təhlil edərək, səhvlərimizin üzərində çalışacağıq. Belarusla ikinci görüşdə bunları təkrarlamamaq önəmli olacaq. İkinci oyunda daha yaxşı nəticə üçün mübarizə aparacağıq”.
Qeyd edək ki, Azərbaycan millisi hazırda Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışı keçir. Komanda hazırlıq müddətində yerli yığma ilə ilk yoldaşlıq görüşündə 0:3 hesabı ilə uduzub. Tərəflər iyulun 1-də yenidən üz-üzə gələcəklər.
Oxşar xəbərlər
Azərbaycan millisinin baş məşqçisi: “Belarus üzərində qələbə çətin durumdan çıxmaq üçün stimul olacaq"
Azərbaycan millisinin baş məşqçisi: "Belarusa məğlubiyyət üzücü oldu"
Belarus millisinin baş məşqçisi: "Azərbaycan yığması texnikalı futbolçulardan ibarət komandadır"
AFFA rəsmisi: "U-21 millisinin rəsmi oyunlarda da uğurlu çıxış edəcəyinə inanırıq"
Azərbaycan millisinin baş məşqçisi UEFA İnkişaf Turnirində Gürcüstan üzərində qələbəni dəyərləndirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
-
Türkiyənin iki vilayətində naməlum pilotsuz uçuş aparatları aşkarlanıb
